Home / Xəbərlər / Fənn kurikulumları əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə!

Fənn kurikulumları əsasında qiymətləndirmə vasitələrinin işlənməsi və onların meyarlar əsasında yoxlanılmasına dair hazırlıq kurslarında iştirak etmək istəyənlərin nəzərinə!

Kurslarda iştirak etmək üçün qeydiyyat 2020-ci il 15 yanvar tarixindən 14 aprel saat 23:59-dək aparılır


Dövlət İmtahan Mərkəzində 15 aprel 2020-ci il tarixindən fənn kurikulumları əsasında tarix, fizika, biologiya və rus dili fənlərindən buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətinə başlayacaq. Hər fənn üzrə kursun müddəti 2 aydır. Kurslar Bakıda, Mərkəzin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Xaçmaz, Bərdə, Göyçay, Şirvan və Şəmkir Regional Bölmələrində təşkil ediləcək. Hazırlıq kurslarında fənn kurikulumlarına dair məlumatı olan müəllimlər, metodistlər və pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər də iştirak edə bilərlər.


Regional Bölmələr üzrə hazırlıq kurslarının müddəti və cədvəli qruplar komplektləşdikdən sonra (1 qrupda 10 nəfər) elan ediləcək.


Qeydiyyat 2020-ci il 15 yanvar tarixindən 14 aprel saat 23.59-dək aparılır.


Hazırlıq kurslarında iştirak ödənişlidir və iştirak haqqının məbləği 100 (yüz) manatdır. Kurslarda iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinetlərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilmişdir) yararlanmaq olar. “Şəxsi kabinet yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra “hazırlıq kurslarında iştirak etmək üçün elektron qeydiyyatdan keçmək lazımdır.


Kursu müvəffəqiyyətlə başa vuran iştirakçıların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil edilir, onlara sertifikat verilir. Onlar müqavilə əsasında ekspert və ya marker kimi Mərkəzlə əməkdaşlığa cəlb oluna bilərlər.


Qeyd:


Pedaqoji yönümlü ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin müvafiq fənn üzrə təhsil alan axırıncı kurs tələbələri və həmin müəssisələrdə təhsil alan magistrlər üçün hazırlıq kurslarında ilk iştirak ödənişsizdir. Kursda iştirak etmək istəyən şəxs ixtisasına uyğun fəndən qeydiyyatdan keçə bilər. Bir neçə fənn üzrə qeydiyyatdan keçənlərin yalnız müvafiq fənn üzrə qeydiyyatı nəzərə alınacaq.


Qeydiyyat zamanı anketin təsdiq edilməsi ilə bağlı çətinlik yaranarsa, həmin şəxslər təhsil haqqında sənəd və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməklə DİM-in Abdulvahab Salamzadə 28 ünvanında yerləşən binasının 404-cü otağına müraciət edə bilərlər (telefon nömrəsi: 431-63-86/87/91 (daxili nömrə: 1-32)). Regional Bölmələrin ünvanları və əlaqə vasitələri ilə aşağıda tanış ola bilərsiniz.*


Hazırlıq kurslarının qrafiki


(2019/2020-ci tədris ili üçün)


Fənn kurikulumları əsasında buraxılış və qəbul imtahanlarında istifadə olunan qiymətləndirmə vasitələrinin hazırlanması və onların meyarlar üzrə yoxlanılmasına dair Dövlət İmtahan Mərkəzində 15 aprel 2020-ci il tarixindən fənlər üzrə hazırlıq kursları (yeni qruplar üçün) fəaliyyətini bu qrafikə uyğun davam etdirəcək.









Fənnin adı


Həftənin günü    


Başlanma vaxtı


Fizika


III


09:00


Rus dili


III


12:00


Biologiya


IV


08:30


Tarix


IV


12:30


Hazırlıq kurslarının keçiriləcəyi ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28; Asiya Universitetinin


binası, 4-cü mərtəbə, akt zalı


*DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10); Tel: (036 5) 44 04 02


DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina); Tel: (022 25) 6 50 67


DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52); Tel: (025 25) 5 24 82


DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., Məmmədəmin Rəsulzadə küçəsi, 7b); Tel: (023 32) 5 01 21


DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182); Tel: (024 24) 4 66 14


DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., Rəsulzadə küçəsi, 19); Tel: (021 21) 5 15 23


DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43); Tel: (020 27) 4 66 74


DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H.Əliyev prospekti, 100). Tel: (020) 205-01-86


DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı-Qazax şosesi, 350 km, İnzibati bina “West gate”); Tel: (051) 566-41-73


Source link

Check Also

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda növbəti təlim keçirilib

20 fevral 2020-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Ağsu rayonunda “Dövlət qulluğuna dair qanunvericiliyin …