Home / Kurslar / Oratorluq (Natiqlik təlimi )

Oratorluq (Natiqlik təlimi )

 Təlimdə keçiriləcək mövzular:

  1. Səsin idarəolunması, düzgün nəfəsalmağa nail olmağın yolları;
  2. Nitqin düzgün qurulması;
  3. Söz bazasının artırılması;
  4. İntonasiyanın düzgün qurulması;
  5. Nitqə hazırlıq prosesi (həyəcanın aradan qaldırılması);
  6. Bədən dili, jest və mimikalardan yerində istifadə.

 Təlimdən əldə edəcəksiniz:

  1. Səsin idarəolunması, düzgün nəfəsalmağa nail olmağın yolları – Düzgün nəfəsalmağın yollarını məşqlərlə öyrənəcək, eyni zamanda səsin dolğunlaşdırılmasına nail olacaqsınız.
  2. Nitqin düzgün qurulması – Bəzən dilimizdə olan jarqon sözlər, ləhcələr, parazit sözlər qarşı tə­rəfdə yanlış fikirlər formalaşdırır. Bunları məşqlər vasitəsilə aradan qaldıraraq daha dolğun və savadlı nitq əldə edəcəksiniz. Hər dərs çıxış edərək daha dolğun nitqə sahib olacaqsınız;
  3. Söz bazasının artırılması – Nitq zamanı söz bazasının zənginləşdirilməsinin əhəmiyyəti və onu artırmağın sirlərini daha dərindən biləcəksiniz.
  4. İntonasiyanın düzgün qurulması –  Bu mərhələdə nə demək yox, necə demək önəmlidir. Belə ki, sizə söz sırasını dəyişmədən eyni cümlə ilə müxtəlif fikirləri ifadə etməyin yolları öyrədilir.
  5. Nitqə hazırlıq prosesi (həyəcanın aradan qaldırılması) – Natiq nitqə hazırlaşarkən hazırlıq müddəti ərzində əsasən hansı mərhələləri keçməlidir? Bu və ya digər sualların cavablarını biləcək, çıxış zamanı həyəcanı dəf etməyin yollarını öyrənəcəksiniz.
  6. Bədən dili, jest və mimikalardan yerində istifadə – Bədən dilinin inkişaf etdirilməsinin əsas məqamlarını eyni zamanda jest və mimikaların danışıqdan da daha önəmli olduğunu kurs boyu fərqinə varacaqsınız. Nəticədə bu keyfiyyətə yiyələnəcəksiniz.
  • Dərslər praktik və nəzəri olaraq həyata keçirilir. Öncə nəzəri dərslər , daha sonra praktik dərslər keçiriləcəkdir.
  • Təlim üçün təyin olunmuş proqram 3 ay müddətindədir və 3 mərhələdən ibarətdir.
  • Təlimin qiyməti 400 manatdır
  • 3 nəfərdən artıq iştirakçıya 10% endirim olunacaqdır.

Check Also

Oratorluq (Natiqlik)

VIP Təhsil və Xidmət mərkəzi olaraq sizləri Oratorluq (Natiqlik) kurslarımıza  dəvət edirik! Kursun dili: Azərbaycana Kursun …